ELM VƏ TƏHSİL


Dövlət qulluğuna qəbul üçün növbəti test imtahanı keçirilib

Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən dövlət qulluğunda inzibati vəzifələrin B növünə aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçirilib. Dövlət orqanlarında baş məsləhətçi, baş mühasib, böyük məsləhətçi, hakim köməkçisi, məhkəmə iclasının katibi kimi vəzifələr uğrunda keçirilən imtahanda namizədlər 3 saat ərzində öz biliklərini sınayıblar.