Azərbaycan Dövlət İnformasiya Agentliyi

Dövlət qulluğuna qəbul üçün keçirilən test imtahanının nəticələri açıqlanıb

18.08.2018 [17:09]

Avqustun 18-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən dövlət qulluğunda inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid BA və BB qruplarına uyğun vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün keçirilən test imtahanının nəticələri elan olunub. DİM-dən AZƏRTAC-a bildirilib ki, imtahanda iştirak üçün qeydiyyatdan keçən 1013 namizəddən 11-i imtahana gəlməyib.