Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və kolleclərə qəbulun nəticələri elan olunub

21.08.2018 [19:18]

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində iştirak etmək üçün 14906 abituriyent ixtisas seçimi edib. Müsabiqə nəticəsində ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə 348 nəfər, tam orta orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə 9517 nəfər qəbul olub.