Sabah ali təhsil müəssisələrinə qəbul olunan abituriyentlərin qeydiyyatı başa çatır
27.08.2018 [11:25]
Azərbaycan Respublikası ali təhsil müəssisələrinə qəbul olunan abituriyentlərin (I mərhələdən sonra) qeydiyyatı avqustun 28-də başa çatır.
Dövlət İmtahan Mərkəzindən (DİM) AZƏRTAC-a bildiriblər ki, ali təhsil müəssisələrinə qəbul olunan abituriyentlər avqustun 28-i saat 17.00‑dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Abituriyentlər tələb edilən sənədlərin siyahısını qəbul olunduqları ali təhsil müəssisəsindən öyrənə bilərlər.