Paytaxt məktəblərindəki məktəbəhazırlıq qruplarına 13.212 uşaq qeydiyyatdan keçib
27.08.2018 [17:47]
Paytaxt məktəblərindəki məktəbəhazırlıq qruplarına uşaqların qəbulu üçün elekton sistemdə 13.212 ərizənin online qeydiyyatı aparılıb. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumtəhsil müəssisələrində 2018-2019-cu dərs ili üçün məktəbəhazırlıq qruplarına avqustun 15-dən başlanmış elektron qeydiyyat prosesi sentyabrın 25-dək davam edəcək.