İDMAN


“Qarabağ” – “Şerif” matçını makedoniyalı hakimlər briqadası idarə edəcək

Avqustun 30-da Bakıda, Tofiq Bəhramov adına stadionunda Avropa Liqasının pley-off raundunda Azərbaycanın “Qarabağ” və Moldovanın “Şerif” komandaları arasında cavab matçı keçiriləcək. Cavab matçını makedoniyalı hakimlər briqadası idarə edəcək. Bu görüşün baş hakimi makedoniyalı Aleksandr Stavrev olacaq. Ona Maryan Kirovski, Deyan Kostandinov və Dimitar Mekarovski kömək edəcəklər.