Azərbaycan Dövlət İnformasiya Agentliyi

Tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qeydiyyat bu gün başa çatır

30.08.2018 [11:18]

Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olunan abituriyentlərin qeydiyyatı bu gün başa çatır. Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildiriblər ki, abituriyentlər avqustun 30-u saat 17.00-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.