ELM VƏ TƏHSİL


Azərbaycan və İranın universitetləri arasında əlaqələr daha da inkişaf edəcək

Avqustun 29-də Təbriz Universitetinin 70 illik yubileyi ilə əlaqədar təntənəli tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə İranın ərazi bütövlüyü uğrunda həlak olanların xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər. AZƏRTAC xəbər verir ki, tədbirdə İranın Elm və Tədqiqatlar Nazirliyinin nümayəndələri, parlamentin deputatları, Azərbaycanın Təbriz şəhərindəki baş konsulu Əliənnağı Hüseynov, Türkiyənin baş konsulu Çağlar Fəxri, Türkiyə, Gürcüstan və digər ölkələrin ali təhsil müəssisələrinin rəhbərləri ilə yanaşı, Bakı Dövlət Universitetinin (BDU) rektoru, akademik Abel Məhərrəmov və Milli Məclisin deputatı, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli də iştirak ediblər.