Azərbaycan Dövlət İnformasiya Agentliyi

Təhsil naziri “Bilik günü” ilə bağlı əmr imzalayıb

30.08.2018 [18:53]

Təhsil naziri Ceyhun Bayramov “2018-2019-cu tədris ilində “Bilik günü”nün qeyd olunması və ilk dərs günləri haqqında” əmr imzalayıb. Beşgünlük tədris həftəsi tətbiq olunan məktəb və siniflərdə ilk dərs gününün sentyabrın 17-si hesab olunması, altıgünlük tədris həftəsi tətbiq olunan məktəb və siniflərdə isə dərslərin sentyabrın 15-dən başlanması sənəddə əksini tapıb.