Kolleclərdə 8.113 nəfər qeydiyyatdan keçərək tələbə adını qazanıb
31.08.2018 [17:57]
Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildiriblər ki, tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə 9517 nəfər qəbul olunub. Bu da nəzərdə tutulan qəbul planının 84 faizini təşkil edir. Qəbul olunan gənclərdən 8.113-ü qeydiyyatdan keçərək tələbə adını qazanıb.