Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakıda “Avrasiya CİS konfransı – 2018” mövzusunda beynəlxalq elmi konfransı keçirilib

04.09.2018 [12:35]

Xəbərin mətni
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun və Türkiyənin Səlcuq Universitetinin birgə təşkilatçılığı ilə Bakıda sentyabrın 4-də “Avrasiya CİS konfransı – 2018” mövzusunda beynəlxalq elmi konfransı öz işinə başlayıb. Konfransda Türkiyə, Rusiya, ABŞ, Qazaxıstan, Moldova və digər ölkələrdən olan elm adamları iştirak edirlər.