Azərbaycan Dövlət İnformasiya Agentliyi

Kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri elan olunub

04.09.2018 [18:04]

Boş qalan 2429 plan yerinin müsabiqəsində iştirak etmək üçün 2219 abituriyent ərizə təqdim edib. Onlardan 1799 abituriyent orta ixtisas təhsili müəssisələrinə qəbul olub. Qəbul olunanlar sentyabrın 5-dən 12-dək (saat 9:00-dan 17:00-dək) sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.