ELM VƏ TƏHSİL


Yeni tədris ilində 165 780 şagird birinci sinifdə təhsil alacaq

Yeni tədris ilində ümumi təhsil müəssisələrində ümumilikdə 1 592 317 şagirdin təhsil alacağı proqnozlaşdırılır. 165 780 şagird isə birinci sinifdə təhsil alacaq. Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə 2018-2019-cu tədris ili üçün müəllimlərin işə qəbulu üzrə müsabiqədə 4053 nəfər müəllim adını qazanaraq işə qəbul olub.