ELM VƏ TƏHSİL


Bakının ümumtəhsil müəssisələri 2018-2019-cu tədris ilinə tam hazırdır

Sentyabrın 12-də Bakı şəhəri təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilib. AZƏRTAC xəbər verir ki, konfransda təhsil naziri Ceyhun Bayramov, təhsil nazirinin müavini, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri vəzifəsini icra edən Məhəbbət Vəliyeva, nazirliyin və idarənin struktur bölmə rəhbərləri, məktəb direktorları, müəllimlər, məzunlar və media nümayəndələri iştirak ediblər.