ELM VƏ TƏHSİL


Bakıda Ümumdünya Avtomatik İdarəetmə Sistemləri Təşkilatının növbəti konfransı keçirilir

Sentyabrın 13-də Bakıda Ümumdünya Avtomatik İdarəetmə Sistemləri Təşkilatının (IFAC) dəstəklədiyi Texnologiya, Mədəniyyət və Beynəlxalq Sabitlik üzrə 18-ci beynəlxalq elmi konfrans (TECIS 2018) öz işinə başlayıb. AZƏRTAC xəbər verir ki, “Azərbaycan Robotika və Avtomatlaşdırma Cəmiyyəti” İctimai Birliyinin və Avstriyanın Vyana Texnologiyalar Universitetinin birgə təşkilatçılığı ilə keçirilən konfransda dövlət və hökumət rəsmiləri, elm və təhsil müəssisələrinin, ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, xarici və yerli alimlər, tədqiqatçılar iştirak edirlər.