Azərbaycanda təhsilin inkişafı dövlət siyasətinin prioritetlərindən biridir
17.09.2018 [12:23]
Xəbərin mətni
Sabunçu rayonunun Maştağa qəsəbəsindəki Savalan yaşayış massivində yerləşən 28 nömrəli tam orta məktəbdə sentyabrın 16-da təhsil konfransı keçirilib.
AZƏRTAC xəbər verir ki, konfransda çıxış edən rayon icra hakimiyyətinin başçısı Adil Vəliyev Azərbaycanda təhsilin inkişafının dövlət siyasətinin prioritetlərindən biri olduğunu söyləyib.