ELM VƏ TƏHSİL


Qusarın Yuxarı Tahircal kəndində yeni məktəb binası istifadəyə verilib

Sentyabrın 17-də Qusar rayonunun Yuxarı Tahircal kəndində 40 şagird yerlik yeni məktəb binası istifadəyə verilib. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon mərkəzindən 60 kilometr məsafədə dağlıq ərazidə yerləşən kənddə tikilən ümumi orta məktəbin binasında 4 sinif otağı, akt zalı, kitabxana və digər təyinatlı otaqlar var. Bina yanğın xəbərdarlıq sistemi, işıq və su təchizatı ilə təmin olunub.