Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ağsunun Bico kəndində Heydər Əliyev Fondu tərəfindən inşa olunan yeni məktəb binası istifadəyə verilib

17.09.2018 [16:17]

Xəbərin mətni
Ağsu rayonunun ən iri yaşayış məntəqələrindən olan Bico kəndində Heydər Əliyev Fondu tərəfindən inşa olunan tam orta məktəb üçün yeni bina istifadəyə verilib. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, sentyabrın 17-də, ilk dərs günündə Fond tərəfindən layihələşdirilərək tikilən yeni tədris ocağının açılışı olub.