Azərbaycan Dövlət İnformasiya Agentliyi

BDU-da Rəfiqə Əliyevanın xatirəsi anılıb

20.09.2018 [16:29]

Xəbərin mətni
Sentyabrın 20-də görkəmli Azərbaycan alimi, Bakı Dövlət Universitetinin (BDU) ekoloji kimya və ətraf mühitin mühafizəsi elmi-tədqiqat laboratoriyasının yaradıcısı, Əməkdar elm xadimi, “Şöhrət” ordenli akademik Rəfiqə Əliyevanın anadan olmasının 86-cı ildönümü tamam olur. AZƏRTAC xəbər verir ki, bununla əlaqədar BDU-da Rəfiqə Əliyevanın xatirəsi anılıb.