ELM VƏ TƏHSİL


Sabah rəhbər vəzifələr üçün dövlət qulluğuna imtahan keçiriləcək

Dövlət İmtahan Mərkəzi tərəfindən sentyabr 29-da dövlət qulluğunda inzibati vəzifələrin A növünə (inzibati rəhbər vəzifələr) aid olan AA, AB və AC qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçiriləcək. Dövlət qulluqçularının reyestri üzrə statistik məlumatlara əsasən, AA vəzifə qrupu üzrə 31 yer, AB vəzifə qrupu üzrə 379, AC vəzifə qrupu üzrə isə 1150 vakant yer var.