ELM VƏ TƏHSİL


ADPU-da böyük qazax şairi Mağjan Cumabayın 125 illik yubileyi qeyd edilib

Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı - TÜRKSOY ilə birgə böyük qazax şairi Mağjan Cumabayın 125 illik yubileyinə həsr olunmuş elmi-praktiki konfrans keçirib. ADPU-dan AZƏRTAC-a bildirilib ki, konfransda TÜRKSOY-un nümayəndələri, ölkəmizin tanınmış alimləri iştirak ediblər.