Azərbaycan Dövlət İnformasiya Agentliyi

"CanSat Azərbaycan-2018" müsabiqəsinin final mərhələsi keçirilir

29.09.2018 [15:39]

Xəbərin mətni
“Azərkosmos” ASC və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə ölkəmizdə ilk dəfə tələbələr arasında keçirilən “CanSat Azərbaycan-2018” model peyk müsabiqəsinin sentyabrın 29-da final mərhələsi başlanıb. AZƏRTAC xəbər verir ki, əvvəlcə “Azərkosmos” ASC-nın sədri Rəşad Nəbiyev bu günlərdə Azərbaycanın ikinci telekommunikasiya peykinin uğurla orbitə çıxarıldığını xatırladıb.