Məktəbəhazırlıq qruplarına qeydiyyatın vaxtı uzadılıb
03.10.2018 [11:59]
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində məktəbəhazırlıq qruplarına elektron qeydiyyat prosesi oktyabrın 15-dək uzadılıb. Övladını qeydiyyatdan keçirə bilməyən valideynlər bu müddət ərzində qeydiyyatdan keçə bilərlər.