Azərbaycan Dövlət İnformasiya Agentliyi

Dövlət qulluğu üzrə müsahibədə iştirak üçün 1294 namizəd müraciət edib

03.10.2018 [14:24]

Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, sentyabrın 17-də elan etdiyi müsahibəyə 12 dövlət orqanı üzrə ümumilikdə 265 vakant vəzifə çıxarılıb. Oktyabrın 3-nə olan məlumata əsasən, müsahibədə iştirak üçün 1294 namizəd müraciət edib.