Şamaxı Astrofizika Rəsədxanasında BDU və AMEA-nın birgə səyyar iclası keçirilib
03.10.2018 [19:32]
Xəbərin mətni
Oktyabrın 3-də Şamaxı Astrofizika Rəsədxanasında Bakı Dövlət Universiteti (BDU) Elmi Şurasının və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin birgə səyyar iclası keçirilib. AMEA-nın prezidenti, akademik Akif Əlizadə tədbir iştirakçılarını iclasın gündəliyi ilə tanış edib. Sonra Akif Əlizadə akademik Sudeif İmamverdiyevə Azərbaycan Respublikasının “Şərəf” ordenini təqdim edib.