ELM VƏ TƏHSİL


Proqramçılarımız Azərbaycan dilində danışan robot yaratdılar

Özünü təqdim edən bu ağıllı robot Azərbaycanlı proqramçılar tərəfindən yaradılıb. Robot “BNB Dynamics” şirkətində 2 aya hazırlanıb. 3D çap texnologiyası ilə ərsəyə gələn robota süni intellekt yerləşdirilib. Artıq bir-neçə dildə müxtəlif suallara cavab verməyi bacaran BİBOT adlı bu robot cəkiliş ücün AZƏRTAC-a təşəkkür də etdi.