ELM VƏ TƏHSİL


Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Qubada vətəndaşların müraciətlərini dinləyib

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Quba şəhər Heydər Əliyev Mərkəzində şimal bölgəsindən olan vətəndaşları qəbul edib. Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən rayonundan qəbula gələn sakinlərin müraciətləri əsasən ali və orta ixtisas təhsili müəssisələrinə qəbul, 2019-cu ildə tətbiqi nəzərdə tutulan ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsi (buraxılış) imtahanlarının və ali təhsil müəssisələrinə qəbul imtahanlarının modeli, dövlət qulluğuna qəbul, vakant dövlət qulluğu vəzifələri, namizədlərlə müsahibələrin keçirilməsi və s. məsələlərlə bağlı olub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır