CƏMİYYƏT


Azərbaycanda insan kapitalı üzrə yüksək səviyyəli forum işə başlayıb

Forumun açılışını edən Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Navid Həsən bu tədbirin təcrübə mübadiləsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirib. Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev çıxış edərək Azərbaycanda sosial sahədə aparılan islahatlar, əldə olunan nailiyyətlər barədə məlumat verib. Nazir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın insan kapitalına xüsusi önəm verdiklərini bildirib, məşğulluğun artmasında və sosial təminatın gücləndirilməsində onların gördükləri işləri diqqətə çatdırıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır