QAN YADDAŞI


Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar Madriddə anım mərasimi təşkil edilib

İspaniyanın paytaxtı Madrid şəhərində Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar “Xocalıya ədalət!” kampaniyası çərçivəsində anım mərasimi keçirilib. Azərbaycan Respublikasının İspaniya Krallığındakı səfirliyinin təşkilatçılığı ilə keçirilən mərasimdə İspaniyada akkreditə olunmuş diplomatik korpusun rəhbərləri və əməkdaşları, dövlət rəsmiləri, yerli kütləvi informasiya vasitələrinin, ölkə ictimaiyyətinin, Azərbaycan icmasının nümayəndələri iştirak ediblər.