QAN YADDAŞI


Xocalı soyqırımı ilə əlaqədar Misirdə anım mərasimi keçirilib

Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar ölkəmizin Misirdəki səfirliyində anım mərasimi keçirilib. AZƏRTAC xəbər verir ki, tədbirdə ölkəmizin Misirdəki səfiri Tural Rzayev Xocalı soyqırımı zamanı erməni silahlı qüvvələri tərəfindən törədilmiş vəhşiliklər, amansızcasına qətlə yetirilmiş yaşlılar, qadınlar və uşaqlar barədə ətraflı məlumat verib.