Azərbaycan Dövlət İnformasiya Agentliyi

İslamabadda Xocalı soyqırımına həsr olunan seminar keçirilib

25.02.2019 [18:17]

Xəbərin mətni
Azərbaycanın Pakistandakı səfirliyi Pakistan Milli Elmlər və Texnologiya Universiteti ilə birgə Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunan “Münaqişələr, soyqırımları, müharibələr – Bir daha olmasın. Etimadla sülh və sabitlik” mövzusunda seminar keçirib.