QAN YADDAŞI


Xocalı faciəsi qurbanlarının xatirəsi Yaponiyada anılıb

Fevralın 26-da Azərbaycanın Yaponiyadakı səfriliyində Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib. Tədbirdə Yaponiyanın ictimai-siyasi dairələrinin, elmi mərkəzlərin və kütləvi informasiya vasitələrinin nümayəndələri, Yaponiyada yaşayan həmvətənlərimiz iştirak ediblər.