31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Madriddə anım tədbiri keçirilib
01.04.2019 [16:54]
Xəbərin mətni
Madrid şəhərində Azərbaycan Respublikasının İspaniya Krallığındakı səfirliyinin dəstəyi və İspaniyada yaşayan Azərbaycan icmasının təşkilatçılığı ilə 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar anım tədbiri keçirilib. Tədbirdə İspaniya ictimaiyyətinin nümayəndələri və bu ölkədə yaşayan soydaşlarımız iştirak ediblər.