CƏMİYYƏT


Aprel döyüşləri zamanı Azərbaycanın ordusu ermənilərə böyük dərs verdi

Aprel döyüşləri zamanı Azərbaycanın şanlı ordusu ermənilərə böyük dərs verdi. Həmin döyüşlərədək Ermənistan siyasi rejimi tərəfindən belə bir mif yaradılmışdı ki, işğalçı dövlətin ordusu və onların yaratdığı istehkamlar keçilməzdir. Lakin Aprel döyüşləri bunun mif olduğunu sübuta yetirdi. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə Xaçmazda “Vətən naminə” adlı hərbi-vətənpərvərlik mövzusunda keçirilən tədbirdə danışılıb.