CƏMİYYƏT


“Azərxalça”nın Şabran filialında toxunan ilk xalçaların kəsimi aparılıb

Ötən il sonlarında fəaliyyətə başlayan “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Şabran filialında toxunan ilk xalçaların kəsimi aparılıb. İndiyədək buradakı istehsal emalatxanasında 150 kvadratmetrdən çox xalça toxunub. Şabran filialında 150 toxucu və 14 inzibati-təsərrüfat işçisinin fəaliyyəti üçün müasir iş şəraiti yaradılıb. Xalça istehsalı emalatxanası zəruri xammal və ləvazimatlarla - müxtəlif rəngli yun iplərlə, həvə, qayçı, bıçaq kimi alətlərlə, çeşnilərlə təmin edilib.