MƏDƏNİYYƏT


Xan Sarayı ilə birgə tarixi mərkəzi UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilən qədim Şəkidən REPORTAJ

Qədim tarix, zəngin mədəni irs, heyrətamiz memarlıq, rəngarəng sənətkarlıq Şəkini Azərbaycanın və dünyanın təkrarolunmaz guşəsinə çevirib.  2700 ildir ki, iki zamanı özündə birləşdirən, öz gözəlliyi, zarafatcıl, hazırcavab, müsbət enerjili insanları ilə məşhur olan Şəki nağıllar aləmini xatırladır. Azərbaycanın sənət və mədəniyyət beşiyi olan Şəkinin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi hər kəsi sevindirir. Çünki Şəki hamının təkrar-təkrar, sevə-sevə gedəcəyi bir şəhərdir.