Dövlət Sərhəd Mühafizəsi 100 il - "Sərhədçi" filmi
16.08.2019 [15:32]
Dövlət Sərhəd Mühafizəsinin 100 illiyi münasibətilə film hazırlanıb. Dövlət Sərhəd Xidmətinin studiyasında ərsəyə gələn filmdə əsası Azərbaycan Demokratik Respublikasında qoyulan sərhəd mühafizəsinin keçdiyi inkişaf yolundan bəhs edilir. Filmdə DSX-nın təlimlərindən, sərhədçilərin xidmət ərazilərindən, silahlarından nadir kadrlar yer alıb. Eyn zamanda ölkənin dördbir yanından Azərbaycan təbiətinin rəngarəng mənzərələri də burada əks olunur. Filmin rejissoru Rövşən Cahangirovdur.