MƏDƏNİYYƏT
Maunt-Vernon ABŞ-da ən çox ziyarət edilən tarixi yerlərdən biridir
Vaşinqton şəhərindən 24 kilometr cənub-şərqdə, Potomak çayının sahilində yerləşən Maunt-Vernon plantasiyası XVIII əsrdə ABŞ-ın birinci prezidenti Corc Vaşinqtona məxsus olub. Birləşmiş Ştatların dövlətçiliyinin banilərindən birinin malikanəsinə 1960-cı ildən Milli Tarixi Abidə statusu verilib.
Bu malikanə prezidentin böyük qardaşı, britaniyalı admiral Vernonun şərəfinə belə adlandırılıb. 1751-ci ildə plantasiya miras kimi Corc Vaşinqtonun əmlakına çevriləndən sonra o, həmin ərazidə ikimərtəbəli taxta malikanə və bir başqa tikililər inşa edib. Corc Vaşinqton ömrünün sonuna - 1799-cu ildə vəfat edənə qədər dövləti vəzifələrinin icrası gedişində fasilələr zamanı həmişə Maunt-Vernonda yaşayırdı. Artıq uzun illərdir ki, bu malikanə muzeyə çevrilib və həmin muzeyi hər il 1 milyondan çox turist ziyarət edir.