MƏDƏNİYYƏT


Aktauda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd edilib

Qazaxıstanın Mangistau vilayətinin Aktau şəhərində 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təntənəli tədbir keçirilib.

Ölkəmizin Mangistaudakı baş konsulu vəzifəsini icra edən Elmar Məmmədov çıxış edərək Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün yaranması tarixindən, ulu öndər Heydər Əliyevin Azərbaycanın inkişafında oynadığı mühüm roldan, o cümlədən respublikamızın son 28 ildə qazandığı uğurlardan danışıb.