SİYASƏT


Parisdə Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə tədbir keçirilib

Parisdə Azərbaycanın Fransadakı səfirliyinin və UNESKO yanında daimi nümayəndəliyinin birgə təşkilatçılığı ilə 1991-ci ildə xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən təsis olunmuş və bütün azərbaycanlıların birlik rəmzinə çevrilmiş 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə tədbir keçirilib. 

AZƏRTAC xəbər verir ki, Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən tədbirdə ölkəmizin Fransadakı səfiri Rəhman Mustafayev və UNESKO yanında daimi nümayəndəliyimizin rəhbəri, səfir Anar Kərimov çıxış edərək, Azərbaycan xalqının milli-mənəvi bütövlüyünü təcəssüm etdirən Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə diasporumuzun üzvlərini təbrik ediblər.