Azərbaycan Dövlət İnformasiya Agentliyi

Dünya Azərbaycanlılarının Həmrəylik Günü Tokioda qeyd olunub

28.12.2019 [12:49]

Xəbərin mətni

Tokioda 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycanın Yaponiyadakı səfirliyi tərəfindən tədbir təşkil edilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə bu ölkədə yaşayan diasporumuzun üzvləri, Yaponiyada ezamiyyətdə olan həmvətənlərimiz iştirak ediblər.
Əvvəlcə Azərbaycanın Yaponiyadakı müvəqqəti işlər vəkili Fərid Talıbov ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə təsis edilmiş Dünya Azərbaycanlılarının Həmrəylik Günü barədə danışıb, bu günün planetimizin müxtəlif guşələrində yaşayan soydaşlarımız arasında milli birliyin və həmrəyliyin formalaşmasında mühüm rolunu vurğulayıb.