Azərbaycan Dövlət İnformasiya Agentliyi

Budapeştdə Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd olunub

30.12.2019 [13:50]

Xəbərin mətni

Azərbaycanın Macarıstandakı səfirliyində 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə tədbir keçirilib. Səfirliyin təşəbbüsü və təşkilatçılığı ilə keçirilən tədbirdə Macarıstanda təhsil alan tələbələr, Azərbaycan diasporunun təmsilçiləri iştirak ediblər.