SİYASƏT


Fransanın “Radio Courtoisie” radiosunda Azərbaycanda aparılan islahatlardan danışılıb

Fransanın “Radio Courtoisie” radiosunda Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin müsahibəsi yayımlanıb.
AZƏRTAC xəbər verir ki, birbaşa yayımda Hikmət Hacıyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən hərtərəfli islahatlar, iqtisadiyyat, məhkəmə-hüquq sistemi və dövlət idarəçiliyinin daha da təkmilləşdirilməsi istiqamətində görülən işlər haqqında geniş məlumat verib.