Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakıda “Seçkinin mediada işıqlandırılması” mövzusunda informasiya sessiyası keçirilib

16.01.2020 [15:57]

Xəbərin mətni

Yanvarın 16-da Avropa Şurası Mərkəzi Seçki Komissiyası ilə birlikdə Bakıda “Seçkinin mediada işıqlandırılması” mövzusunda informasiya sessiyası təşkil edib.
AZƏRTAC xəbər verir ki, tədbir Avropa Şurasının “Azərbaycan mediasında gender bərabərliyi və digər etik standartların təşviqi” layihəsi çərçivəsində keçirilib. Əsas məqsəd fevralın 9-da Azərbaycanda keçiriləcək parlament seçkiləri öncəsi jurnalistlərin gender bərabərliyinə də xüsusi diqqət yetirərək seçkinin mediada işıqlandırılması sahəsində Avropa Şurası standartlarına dair məlumatlılığının artırılması olub.

BÖLMƏNİN DİGƏR VİDEOLARI