SİYASƏT


Vaşinqtonda 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb

ABŞ-ın paytaxtı Vaşinqtonda “Bakıda 20 Yanvar faciəsi və Azərbaycanın müstəqilliyinin üç onilliyi” adlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, ABŞ-ın dövlət qurumlarının, Vaşinqtonda akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri, yerli ictimaiyyətin və Azərbaycan icmasının nümayəndələrinin qatıldığı tədbirdə çıxış edən ölkəmizin ABŞ-dakı səfirliyinin müşaviri Vüqar Qurbanov 20 Yanvar faciəsinin xalqımıza qarşı cinayət olduğunu xatırladıb, faciə nəticəsində müxtəlif dinlərə və xalqlara məxsus çoxsaylı günahsız insanın qətlə yetirildiyini bildirib. Vurğulayıb ki, dinc əhaliyə qarşı törədilmiş bu amansız cinayət Azərbaycan xalqını qətiyyən qorxutmayıb, hətta onun müstəqillik iradəsini daha da möhkəmləndirib, milli müstəqilliyini bərpa etmək əzmini dönməz edib.