SİYASƏT


“Cənubi Qafqaz: regional əməkdaşlıq üçün imkanlar və problemlər” mövzusunda konfrans keçirilib

Azərbaycanın Ankaradakı Səfirliyi və Türkiyənin Strateji Düşüncə İnstitutunun (SDİ) birgə təşkilatçılığı ilə “Cənubi Qafqaz: regional əməkdaşlıq üçün imkanlar və problemlər” mövzusunda konfrans keçirilib.
Rəsmi hissədə səfir Xəzər İbrahim və SDİ-nin sədri Məhəmməd Savaş Kafkasyalı Cənubi Qafqazdakı vəziyyət, böyük dövlətlərin maraqları, o cümlədən Azərbaycanın mövqelərindən bəhs ediblər. Vurğulanıb ki, regionun iki güclü dövləti olan Azərbaycan və Türkiyə arasındakı münasibətlər Cənubi Qafqazda təhlükəsizlik, sabitlik və iqtisadi inkişafa böyük təsir göstərməkdədir.