SİYASƏT


Cəbhəyanı bölgələrdə Həzi Aslanovun xatirəsi yad edilib

İki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları qvardiya general-mayoru Həzi Aslanovun əbədiyyətə qovuşduğu vaxtdan 75 il ötür. Yaşasaydı 110 yaşında idi. Lakin qəhrəman həmyerlimiz qədirbilən xalqımızın yaddaşında 35 yaşlı mübariz bir döyüşçü, yenilməz sərkərdə kimi yaşayır və bundan sonra da yaşayacaqdır.
Beyləqan rayonunun İkinci  Şahsevən kəndində, “Həzi Aslanov Xatirə bağı”nda Müdafiə Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə qəhrəmanın xatirəsi ehtiramla yad edilib.