SİYASƏT


Qarabağa gedən yol düzgün hədəflənən hərbi hazırlıqdan keçir REPORTAJ

Azərbaycan vətəndaşlarının hərbi vətənpərvərlik tərbiyəsi, yeniyetmə və gənclərdə vətəndaşlıq hisslərinin yüksəldilməsi, onların ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizəyə hazırlıq ruhunda tərbiyəsi işində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) və onun qurumlarının xüsusi rolu var. Fəaliyyətə başlamasının səkkizinci ildönümünü qeyd etməyə hazırlaşan Dövlət Xidməti Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin müəyyən etdiyi ordu quruculuğu siyasətinin yüksək səviyyədə reallaşdırılması istiqamətində uğurla fəaliyyət göstərir, gənclərin hərbi xidmətə yola salınması, ehtiyata buraxılan hərbi vəzifəlilərin təntənə ili qarşılanması, Silahlı Qüvvələrimizin vətənpərvər gənclərlə təmin edilməsi istiqamətində qarşıya qoyulmuş vəzifələri layiqincə yerinə yetirir.