Burada təlimləri təcrübəli kəşfiyyatçılar keçir – Unikal hərbi təlim mərkəzi
04.02.2020 [20:00]
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi”ndə kəşfiyyat, atıcılıq, silahla davranma kimi təlimlər keçilir. Mərkəzin sədri Niyazi Eynalov bildirib ki, snayper, kəşfiyyatçı, aşpaz və sürücü xüsusi hərbi ixtisasları ilə yanaşı, Mərkəzdə sıravi vətəndaşlar üçün bir il əvvəl atıcılıq kursu yaradılıb. Onların sırasında məktəblilər, tələbələr, magistrlər, tibb işçiləri, idmançılar var. Qruplarda hazırlıq keçən dinləyicilərin 44 faizini xanımlar təşkil edib. Burada şagirdlər 45-90 dəqiqəlik seanslarda silahların sökülüb-yığılması və atəş hazırlığı ilə yanaşı, həm də 5,6 millimetrlik “TOZ-8” silahından güllə atışları da icra edirlər.