SİYASƏT


Xəzərdə dövlət sərhədinin mühafizəsi üzrə xidməti-döyüş fəaliyyətinin 27-ci ildönümüdür

Xəzər dənizində Azərbaycanın dövlət sərhədinin mühafizəsi üzrə xidməti-döyüş fəaliyyətinə başlanılmasının 27-ci ildönümü münasibətilə tədbir keçirilib.
Tədbirdə çıxış edən Dövlət Sərhəd Xidmə-tinin rəisi general-polkovnik Elçin Quliyev dənizçi sərhədçiləri təbrik edərək hələ 15 il öncə dənizdə dövlət sərhədlərinin mühafizəsinə xüsusi diqqət ayıran Azərbaycan Prezidenti İlham Əliyevin 18 fevral 2005-ci il tarixli Sərəncamı ilə Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin yaradıldığını, 2008-ci ilin noyabr ayının 8-də regionumuzda bənzəri olmayan yeni dəniz hərbi bazasının istifadəyə verildiyini, ölkəmizin dəniz sərhədlərinin mühafizəsinin keyfiyyətcə yeni mərhələyə yüksəldiyini bildirib.